SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib”.

Bunu Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması məqsədi ilə agentliyin şəhər ərazisində texniki heyətdən ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.

BAKU.WS