SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.

Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaranıb:

“Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.

Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır:

“Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.

BAKU.WS