SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt yolunda təmir başa çatsa da, avtomobillərin hərəkəti yenə də normal deyil.

BAKU.WS
xəbər verir ki, bu barədə tanınmış nəqliyyat eksperti Ərşad Hüseynov “Facebook” səhifəsində yazıb.

“Məlumatınız olsun ki, səhər tezdən Bakı-Sumqayıt yolundakı məhdudiyyət nisbətən aradan qaldırılıb. Moskva prospektindəki tuneldə və avtovağzal qarşısında hərəkət bərpa olunub. Amma hərəkət əvvəlki kimi sərbəst deyil, çünki dəmiryolunun üstündəki körpü ilə Xırdalan postu arasında işlər davam edir”, - deyə ekspert bildirib.

Ə.Hüseynov deyir ki, bu hissədə təklif edildiyi kimi yolu uzununa 2 hissəyə bölərək işləyirlər:

“Ona görə də orada cəmi 2 zolaqda hərəkət var. Sözsüz ki, həmin 2 zolaq yolun tam yükünü götürə bilməz. Ona görə də hələlik maksimum dərəcədə çalışın ki, oralarda ilişib qalmayasınız”.

BAKU.WS