***10.26 Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.


Bakı şəhəri Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

BAKU.WS
xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində yerləşən yeni tikilmiş binada qeydə alınıb.

Bu barədə Fövqələda Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətindən BAKU.WS-ə bildirdilər ki, hazırda hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğının elektrik şitindən başladığı deyilir. 

Qeyd edək ki, hadisə şahidləri BAKU.WS-ə bildiriblər ki, yanğın baş verən bina “Uğurlu” tikinti şirkəti tərəfindən inşa olunub.

BAKU.WS