SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Su-24 təyyarəsinin vurulmasına görə təəssüf hissi keçirdiyini bildirib. 
 
BAKU.WS-in The Associated Presss-ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti bu cür olmasını istəmədiyini deyib. 
"Bu hadisədən həqiqətən təəssüflənirik. Ümid edirəm ki, bundan sonra belə şey təkrarlanmaz”, - deyə Ərdoğan bildirib. 

Türkiyə prezidenti agentliyə müsahibəsində Vladimir Putinlə görüşmək istəyini bir daha bəyan edib. Ancaq Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid etməkdən çəkinməyərək Türkiyəni müdafiə edib.  
 
BAKU.WS