SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azəristiliktəchizat" ASC "Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış öhdəliyini yerinə yetirməyib, lakin hökumətin qərarına əsasən, ASC-nin qazanxanalarına qaz verilişi bu gündən bərpa olunacaq.


BAKU.WS
-in məlumatına görə, bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

"Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəməyib, amma borcun ödənilməsi ilə bağlı müvafiq razılıq əldə olunub. Bilirsiniz ki, biz "Azəristiliktəchizat"ın az miqdarda borcu olan qazanxanalarını qazla təmin edirdik. Bu günün sonunadək isə bütün qazanxanalar qazla təmin olunacaq", - deyə İ. Kərbəlayev bildirib.

BAKU.WS