VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizə iştirakçıların 10 nəfəri Cavidan Novruzun şəklini atıblar. Yalnız bir nəfər, Cavidan isə Pərvin Abıyevanın şəklini atıb. Beləliklə iştirakçılar Cavidanı SMS səsverməsinə çıxarıblar. Cavidan isə Aytən Səfərovanı hədəf seçib. O, səs toplayacağı təqdirdə Aytəni şoudan uzaqlaşdıracağını bildirib. Çox maraqlıdır ki, Aytən Səfərova da şouda təklənib və hər kəs Cavidanın tərəfinə keçib.

Hətta belə bir fikir də formalaşıb ki, Aytən Səfərovanın sabah Mətənətlə mübarizə aparmasının qarşısını almaq üçün Cavidanı qabağa veriblər. Amma nəticələr hər kəsi çoka salıb. Cəmi səs verənlərin 17 faizi onun qalmasına səs verib. 80 faizdən çox səs toplayan Aytən Səfərova isə şounun qalibi olub. Beləliklə xanımların mübarizəsindən məğlub ayrılan Cavidan üçün maşın əldən getdi.

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Mətanət Əliverdiyeva (aparıcı) 
2.Aytən Səfərova (aparıcı) 
3.Hüseyn Əzizoğlu (video blogger) 
4.Uran (reper) 
5.Rahidə Baxıçova (müğənni) 
6.Əli Mirəliyev (müğənni) 
7.Ruhəngiz Musəvi (müğənni) 
8.Pərvin Abıyeva (aktrisa) 
9.Abbas Bağırov (müğənni) 
10.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb.

BAKU.WS