SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusda rəsmi səfərdə olacaq.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, səfər çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan dövlət başçısı İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılıb. Görüşlərin nəticələrindən asılı olaraq iki ölkə arasında sənədlərin imzalanması gözlənilir.

Belarus prezidentinin mətbuat xidmətindən bildirilir ki, İlham Əliyev səfəri zamanı Minskdə "Qələbə" abidəsinə çələng qoyacaq, Belarus dövlət muzeyinə baş çəkəcək. Səfər çərçivəsində iki ölkə arasında biznes forum keçiriləcək. Belarus sənaye-ticarət palatasının məlumatına görə, Belarus və Azərbaycan nümayəndələri maşınqayırma, neft-kimya, metallurgiya, tikinti, tikinti materiallarının istehsalları, kənd təsərrüfatı məhsulları, proqram təminatının hazırlanması kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək. 
 
Xatırladaq ki, iki prezident arasında son görüş bu ilin iyun ayında Bakıda baş tutub. Lukaşenko Azərbaycana I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün gəlmişdi.
 
Şahin Həbibov
BAKU.WS