VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Günel Hümbətovanın Roza Zərgərlidən açıq mübarizə aparmasını tələb etməsi mübarizədə qalmaqala səbəb oldu.

Roza Zərgərli Günel Hümbətovanı ikiüzlülükdə ittiham edərək onu duelə çağırdı. "Hədəfim Günel deyildi, amma indi artıq onun adını çəkirəm", - deyə səs qazanarsa şoudan uzaqlaşdıracağı şəxsin adını açıqladı.

54,14 faiz səs toplayan Roza Zərgərli Günel Hümbətovanı oyundan kənarlaşdırdı. Sabah isə yenidən SMS səsverməsinə çıxarılmasını və Qurdla mübarizə aparacağını bildirib.

***

Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır.

Maşın uğrunda mübarizəsində növbəti gizli səsvermə keçirilib.

İştirakçılar daha çox 3 nəfərin Roza Zərgərlinin, Aytən Səfərovanın və Hüseyn Əzizolunun şəklini atıblar. Nəticədə bu 3 iştirakçıdan gün ərzində daha az səs toplayan şəxs SMS səsverməsinə çıxarılıb. Hüseyn Əzizoğlu 52 faiz səs topladığından diqqət 0 fazi səs yığan Roza ilə Aytənin üzərinə yönəlib. Hər iki iştirakçının tətəfdarlarına səs verməsi üçün 1 dəqiqə vaxt verilib. Nəticədə 59 faizə yaxın səs toplayan Aytəndən təhlükə sovuşub. Və yenidən Roza Zərgərli SMS səsverməsinə çıxarılıb. 

Roza Zərgərli artıq bunun məqsədli plan olduğunu bildiirb. O qeyd edib ki, iki iştirakçı var ki, onu oyundan kənarlaşdırmaq istəyir. Roza həmin şəxslərin adını açıqlayacağını bildirib. 

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor)
2.Mətanət Əliverdiyeva (aparıcı)
3.Günel Hümbətova (aparıcı)
4.Azər Axşam (aktyor)
5.Firuzə Cəlilova (aparıcı)
6.Məcid Hüseynov (aktyor)
7.Aytən Səfərova (aparıcı)
8.Hüseyn Əzizoğlu (video blogger)
9.İlhamə Bədəlova (aparıcı)
10.Uran (reper)
11.Rahidə Baxıçova (müğənni)
12.Əli Mirəliyev (müğənni)
13.Ruhəngiz Musəvi (müğənni)
14.Fərid Emilov - Qurd (reper)
15.Pərvin Abıyeva (aktrisa)
16.Abbas Bağırov (müğənni)
17.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb.

BAKU.WS