SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Son günlər yollarda quraşdırılan gizli radarlarla bağlı şikayətlər və söz-söhbət çoxalıb.

Bəzi sürücülər dövlət qurumları ilə yanaşı BAKU.WS-in redaksiyasına da gizli radarlarla bağlı çoxsaylı şikayətlər edirlər. Onlar bildirirlər ki. "Radar” işarəsi olmayan, sürət həddi qoyulmayan traslardan keçərkən onlara sürət həddini aşma ilə əlaqədar bildirişlər gəlir. Şikayətçilər bildirirlər ki, gizli radarlar qoyulan ərazilərdə yol polisləri qəflətən avtomobilin qarşısına çıxır, maşını saxlatdırır və sürücüləri cərimələyirlər.


Bu sahədə yaranmış mübahisə həta Milli Təhlükəsizlik Nazirliyinin ətrafında yaranmış söz-söhbətdən də müşkülə çevrilib. Baxmayaraq ki, son illər yol polislərinin işin keyfiyyətini qaldırmaq üçün mühüm işlər görülüb. Ən əsasın yol polislərinin məvacibi qaldırılıb. Onlara ən müasir avadanlıqlar verilib.


 

 

Baxmayaraq ki, yol polislərinə müasir işıqlandırma və uzaqdan sürətölçmə cihazları ilə təchiz olunan maşınlar verilib, hələlik onlardan istifadə üçün münasib imkan yaranmayıb. Çünki qanunla yol polisləri ancaq "Radar” işarələri qoyulan ərazilərdən başqa digər yollarda sürücüləri sürət həddini aşdıqlarına görə saxlaya bilmirlər.

 

Bəs maraqlıdır niyə bəzi işarə olmayan yollarda gizli radarlar qoyulur? Həm də həmin radarların bəziləri kustar üsulla quraşdırılır. 

BAKU.WS olaraq məsələyə bir daha qayıdacağıq Bu səbəbdən də, oxucularımızdan və sürücülərdən gizli radarlar, onların yerləri barədə məlumat almaq maraqlı olardı. Əgər imkan olarsa, gizlin radarların görüntülərini də çəkib bizə göndərə bilərsiniz. Sizin bizə təqdim edəcəyiniz faktlar aparacağımız araşdırmada bizə çox yardımçı olacaq. 


Ziya Səccad

BAKU.WS