VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS şənbə gününün - 19.05.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Qorxmayın, uğur sizinlədir.

BUĞA - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.

ƏKİZLƏR - Ümumilikdə yaxşı gündür. Mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin. Ümumi fon əlverişli təsir bağışlasa da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın. Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar atmayın.

XƏRÇƏNG - Maraqlı gündür. Yeni təəssüratlara, maraqlı ünsiyyətə, variantların müqayisəsinə ehtiyac duyulur. Başqalarının işlərinin və problemlərinin müzakirəsinə qatılmayın. Günün ikinci yarısında ancaq öz işinizlə məşğul olun, başqalarının problemi sizi yora bilər. Həftə sonudur, dincəlin. Unutmayın, yeni həftəyə enerji ilə başlamalısız.

ŞİR - Şanslı gündür. Lakin yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.

QIZ - Şübhələr düşüncələrini zəbt edəcək. İstənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz. Başqalarının mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.

TƏRƏZİ - Əlverişli gündür. Günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.

ƏQRƏB - cari işlərdə ləngimələrə yol verməyin. Təşəbbüskar olun, situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə etməməlidir. Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa, sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola bilərsiniz. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun.

OXATAN - Təzadlı gündür, ilk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ilk yarısı sürprizlərlə zəngin olacaq. ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. 

OĞLAQ - Enerjili gündür. Səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin.

DOLÇA - Harmoniya müşahidə olunan gündür. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin. Sevdiyiniz işlə məşğul olun. Günün ikinci yarısında seçim zərurəti yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.

BALIQLAR - Çaşqınlıq içində olacaqsız. Yaşanan situasiyalar qarışıqdır. Etibarsızlıq, nigaranlıq hissləri yarana bilər. Belə şəraitdə səhvlər, qəribə qərarlar riski artır. Günün ikinci yarısında seçim etməyə tələsməyin. Maliyyə məsələləri, şəxsi həyatla bağlı qərar qəbulunda hisslərə aldanmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərməyin.

BAKU.WS