SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın görkəmli aktyoru, xalq artisti Fuad Poladov ömrünün 70-ci baharını yaşamağa macal tapmadan əbədiyyətə qovuşdu.

BAKU.WS
-in məlumatına görə, ömür vəfa etsəydi 24 mayda aktyorun 70 yaşı tamam olacaqdı. Aktyor bu gecə düçar olduğu xərçəng xəstəliyi ilə mübarizini dayandırdı.

Xarizmatik obrazları ilə tamaşaçıların yaddaşına əbədi həkk olan teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri idi.

Fuad Poladov uzun illər Akademik Milli Dram Teatrında çalışmışdı, fəaliyyətinin son illərini isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrlarında davam etdirmişdi.

Fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısının əziz xatirəsini özünün qiraətində Vaqif Səmədoğlunun "Sevgilim, mən öləndə ağla..." şeirini təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS