VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yol polisi əməkdaşı sərxoş sürücünü necə müəyyən edir? 

BAKU.WS əməkdaşı artıq bir neçə ildir ki, təqaüdə çıxmış yol polisi ilə görüşərək bu sualın cavabını tapmağa çalışıb. Həmsöhbətimin sözlərinə görə, polis əməkdaşlarına yol hərəkəti qaydalarını pozanlar haqqında təlimlər keçirlər. Polislərə akademiyada vətəndaşın jest və mimikalarını oxumağı da öyrədirlər. Beləliklə, polis əməkdaşı vətəndaşın qayda pozuntusu edib etmədiyini onun üzünə baxaraq da müəyyən edə bilir. 
 
Sükan arxasında əyləşən sürücünün spirtli içki qəbul etdiyini isə yol polisi bir baxışda müəyyən edir. Bunun üçün lazım olan ən müasir metodları polis çox yaxşı bilirlər. Sabiq yol polisi, polkovnik sükan arxasında sərxoş vəziyyətdə oturan insanı necə müəyyən etmək barədə öz təcrübəsini BAKU.WS-in əməkdaşı ilə bölüşüb. 

"Bizə bu barədə akademiyada dərs deyirdilər. Və bu günə kimi də, eyni formada həmin dərs tədris edilir. Məsələ ondadır ki, sərxoş sürücünü müəyyən etməyin bir neçə üsulu mövcuddur. Mən bunları ona görə demirəm ki, bəziləri bu üsullardan istifadə edərək cərimələrdən yayınmağa və həyataını təhlükəyə atmağa çalışsın. Hər halda ayıq sürücü xidməti var və həyatını bir neçə yüz manata görə təhlükəyə atmağa dəyməz".
 
1. Avtomobillərin arasında sərxoş sürücünü aşkar etmək üçün - ilk növbədə nəqliyyat vasitəsini idarə etmə tərzinə diqqət yetirmək lazımdır. Nadir hallarda olur ki, sürücü sükan arxasında nəqliyyatı yolda sağ-sol edərək sürür. 

2. Avtomobil yaxınlaşarkən polis əməkdaşı sürücünün diqqətini özünə yönəltməlidir. Nəqliyyat vasitəsinin dayanmasından sonra sürücün mimikasına baxaraq onun içkili olub-olmamasını bilmək mümkün olur. Əgər onun gözləri tez-tez yaşarır və ya qızarırsa deməli içki qəbul edib. 

3. Avtomobilin polis tərəfindən saxlanılamasında sürücünün siqaret çəkərkən etdiyi əl hərəkətləri də səbəb ola bilər. Yol polisi sürücünün siqaret çəkmək üsulundan bunu anlaya bilir. 

4. Sərxoş sürücü məclisdən çıxıb hansısa ünvana yollandıqda əksər hallarda faraların yaxın işığını yandırmağı unudur. Bu nüans da sərxoş sürücünün xüsusiyyətlərindəndir. 

5. Bəzi hallarda sərxoş sürücülər mühərriki qızdırmayıb yerindən tərpənirlər. Bu zaman avtomobilin çölə buraxdığı tüstü daha tünd olur və bu, polisin diqqətindən qaçmır. 

6. Bəzi sürücülər isə sükan arxasında qadağan edilmiş preparatlardan istifadə etdikdən sonra otururlar. Həmin adamlar polis maşını görəndə yalnız bir nöqtəyə baxaraq avtomobili idarə etməyə çalışırlar. Beləliklə də onlar vəziyyətə fokuslanmağa çalışırlar. 
 
7. Sükan arxasında oturan sürücünün ciddi duruşu və yumruqlarını sıxaraq sərt görünməyə çalışması da onun sərxoş ola biləcəyini ehtimalını gücləndirir. Adətən ayıq sürücü belə hərəkətlər etmir və daha sakit olur.
 
BAKU.WS