SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, bir neçə saat öncə məşhur cərrah, mama-ginekoloq Səbinə Mirzəyeva təzyiqi qalxdığından beyninə qan sızıb və vəfat edib.

BAKU.WS-in əməkdaşı mərhum həkimin yaşadığı ünvana yollanıb. Əldə etdiyimiz məlumata görə, Səbinə Mirzəyevanın cənazəsi evinə gətirilib.

Mərhumun ölüm xəbərini alan yaxın ətrafı Səbinə Mirzəyevanın yaşadığı ünvana yollanıb. Onlar arasında Milli Məclis sədrinin müavini Bahar Muradova, millət vəkili Qənirə Paşayeva və ölkəmizin tanınmış həkimləri var.

Mərhum sabah günorta saatlarında "Qurd qapısı" qəbirstanlığında torpağa basdırılacaq.

Cərrah, mama-ginekoloq Səbinə Mirzəyevanın yaşadığı ünvandan BAKU.WS-in əməkdaşı tərəfindən çəkilmiş fotoları sizə təqdim edirik :

Allah Rəhmət Eləsin !

Rəşad Əliyev
BAKU.WS