SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, ötən gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, küləyin sürəti 18-23, arabir 25-30 m/s olub, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənib.

Rəşad Əliyev
BAKU.WS