SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində çalışan 1 000 nəfərdən çox neftçi quruya təxliyyə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı məlumat yayıb. 

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

BAKU.WS