SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.

Qoç - Hər hansı işdə təkbaşına addım atmaqdan vaz keçin. Əməkdaşlıq zəminində isə uğurlara yetişəcəksiniz. Saat 16-dan sonra perspektivi sual altında olan danışıqlardan imtina edin.

Buğa - Passiv bir gün yaşamalı olacaqsınız. Özündən müştəbehlik, hamıya yuxarıdan aşağı baxmaq kimi mənfi xüsusiyyətlərdən uzaq olun. Yeni işgüzar təklifləri rədd etməyin.

Əkizlər - Ailə-sevgi münasibətlərində bəzi xoşagəlməzliklə rastlaşa bilərsiniz. Boş yerə hay-küy qaldırmayın. Hər şeydən əvvəl ətrafınızda müsbət aura, xoş mühit yaradın ki, qurtulasınız.

Xərçəng - Maddi problemləri nəzərə almasaq, bu təqvimdən narazı qalmağınıza elə bir ciddi əsas yoxdur. Ulduzlar insanlara baxışlarınızı dəyişməyi tövsiyə edir. Əsəblərinizi qoruyun.

Şir - Cərəyan edən proseslərə çılğın tərzdə yanaşmağınız heç bir irəliləyişə təkan verməyəcək. Odur ki, müdriklik göstərməyiniz tələb olunur. Yeni əməkdaşlığa ciddi tərzdə yanaşın.

Qız - İlahi prinsiplərə xüsusi əhəmiyyət verin. Günahlarınızın yuyulması üçün dualar edin. Sevdiyiniz adamda özünüzə qarşı yalnız rəğbət yaratmağa çalışın. Uzaq səfərləri təxirə salın.

Tərəzi - Novruz başlayandan qayğılarınız da artıb. Qarşınızda duran vəzifələrin öhdəsindən çətinliklə gəlməyiniz sizi səbrsiz edir. Bir az dözümlü olun. Ulduzlar varlanacağınızı bildirir.

Əqrəb - Uğurlu gündür. Günün birinci yarısında qazanmaq, nahardan sonra isə xoş təsadüflərlə rastlaşmaq şansınız var. Yeni əlaqələrə ciddi və perspektivli yanaşın. Bu, yalnız xeyrinizə ola bilər.

Oxatan - Saat 14-ə qədər münaqişəli məsələlərdən uzaq olmağa çalışın. Kiminsə özü yaratdığı problemi düzəltmək fikrinə düşməyin. Sonrakı saatları isə bütünlüklə əyləncələrə həsr edin.

Oğlaq - Yersiz qürrələnməyiniz, özünüzü tərifləməyiniz ünsiyyətdə olduğunuz adamlarda sizə qarşı ikrah yarada bilər. Səmimi və sadə olun. Axşama yaxın təzə xəbər eşidəcəksiniz.

Dolça - Ümumi passivliyinizi nəzərə alıb fəaliyyətə ara verin. Əsas enerjinizi bütünlüklə istirahətə və səyahətlərə həsr edin. Günün ikinci yarısında istənilən mübahisə və riskdən yayının.

Balıqlar - Hər mənada uğurlu bir təqvim yaşayacaqsınız. Sevdiyiniz adamlarla ümumi dil tapmağınız əsas işlərinizin gedişində müsbət çalarlar əmələ gətirəcək. Gecəni öz evinizdə keçirin.

Rəşad Əliyev
BAKU.WS