SİZİN REKLAM BURADA!
055 213 76 73



Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilir.

BAKU.WS-in məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev (72 kq) ilk olaraq Polşa, ardınca Rumıniya idmançısını vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Fransa təmsilçisi olub. Vaxtından əvvəl rəqibini məğlub edən Rəsul Çunayev turnirin qızıl medalını qazanıb.

65 kq çəkidə mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk olaraq Yunanıstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Ardınca Rusiya idmançısından üstün olan güləşçimiz yarımfinalda Çexiya təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Elsi Manolovanın rəqibi Macarıstan idmançısı olub. Rəqibini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.

Martın 24-də yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq.

Yunan-Roma güləşi
72 kq
FİNAL - Evrik Nikogosyan (FRA) - Rəsul Çunayev 0:8 (87 san)
1/2 final - Rəsul Çunayev - Cengiz Arslan (TUR) 5:1
1/4 final - Ilie Cojocari (ROU) - Rəsul Çunayev 0:9
1/8 final - Bartlomej Klimek (POL) - Rəsul Çunayev 0:5 (tuşe, 74 san)

Qadın güləşi
65 kq
Bürünc medal görüşü - Gabriela Sleisz (HUN) - Elis Manolova 3:7
1/2 final - Atela Hanzlickova (CZE) - Elis Manolova 7:1
1/4 final - Elis Manolova - Elizaveta Sorokina (RUS) 6:2
1/8 final - Tsaknaki Virginia (GRE) - Elis Manolova 0:5 tuşe

BAKU.WS