VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkənin bəzi kütləvi informasiya vasitələri yenidən nəqliyyat naziri Ziya Məmmədovu "həbs” etdirdilər. Yenə də kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyi və nazir Ziya Məmmədov barəsində qalmaqallı məlumatlar yayılıb.


BAKU.WS
-in məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində nazir Ziya Məmmədovun həbs edildiyi barədə yazılıb. Daxil olan məlumatda iddia edilir ki, Ziya Məmmədovun həbsinə səbəb Eldar Mahmudovla əlbir olmasıdır.


Bundan başqa, bildirilir ki, artıq iki gündür Nəqliyyat Nazirliyində axtarışlar aparılır. Hətta Nazirliyin bir neçə vəzifəli şəxslərinin də dindirildiyi bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, ötən gün nazir Ziya Məmmədov axşama qədər iş başında olub. Nəqliyyat Nazirliyində bu gün də adi iş rejimi davam edir. Qurumda və şöbələrində heç bir axtarış olmayıb.

Ziya Səccad
BAKU.WS