SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.

QSC-dən BAKU.WS-ə verilən məlumata görə, qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10% artırılıb.

Qeyd edək ki, bu qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.

BAKU.WS