VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Martın 16-da Texniki Universitetin idman zalında ilk dəfə idman jurnalistləri arasında badminton üzrə media turniri keçirilib.

Turnirdə baku.ws, oxu.az, Futbol+ qəzeti, sport24.az, allsport.az, Olimpsport jurnalını təmsil edən media nümayəndələri mükafatlar uğrunda mübarizə aparıb.

Kuboku bütün görüşləri qələbə ilə başa vuran sport24.az saytının baş redaktoru Ceyhun Əliyev qazanıb. İkinci yeri sport24.az saytının redaktoru Mehman Süleymanov, üçüncü yeri isə baku.ws saytının əməkdaşı Tuncay Türbəndəzadə tutub. Mükafatçılar ABF tərəfindən diplom və medallarla təltif olunublar. Qaliblər hədiyyə olaraq, raketka və volanla mükafatlandırılıblar.

BAKU.WS