VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Xəzər TV-də yayımlanan "Gündəm" proqramına danışıb.

BAKU.WS-in məlumatına görə, nazir bir sıra maraqlı məqamlara toxunub. Nazir bildirib ki, bir çox varlı ailələr öz gəlirini gizlətmək üçün öz adlarına olan avtomobilləri, mobil telefonları kasıb qohumlarının adına rəsmiləşdirir: 

"Həmin kasıb ailələr də ünvanlı sosial yardım almaq üçün müraciət edəndə məlum olurdu ki, onun adına mülk var. Mən bu cür hallarla çox rastlaşıram. Gəlib deyirlər ki, mənə imtina verin. Deyirəm ki, niyə? Deyir ki "Burda yazılıb ki, mənim adıma avtomobil var. Mənim avtomobilim yoxdur. O mənim filan qohumumundur".

Qohumunundur? Onda qohumun adında avtomobil olduğu üçün sənə ayda pul versin, ya da zəhmət çək həmin maşını adından çıxartdır. Ondan sonra ünvanlı sosial yardım üçün müraciət et".

Nazim
BAKU.WS