VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb.

BAKU.WS
-in məlumatına görə, bunu APA-ya rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

"Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur… Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ.Məmmədov bildirib.

Qeyd edək ki, ötən gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır. Hadisə yerinə yanğınsöndürən birqadalar cəlb olunub, qısa zamanda yanğın aradan qaldırılıb.

BAKU.WS