SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün saat 16:10-da Azərbaycan ərazisinə internetin verilişində problem yaranıb.


BAKU.WS
-in məlumatına görə, problemin yaranmasına "Delta Telekom”da baş vermiş tüstülənmə səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib və tüstülənmənin qarşısı alınıb.


"Delta Telekom”da baş vermiş tüstülənmənin səbəblərinin araşdırılmasına başlanılıb


Ölkənin əsas internet istehsalçısı olan şirkətin fəaliyyətində fasilə yaranması dövlət orqanlarının, internet provayderlərinin, bankların, media şirkətlərinin, bəzi mobil operatorların, Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işində fasilə yaradıb.


"Delta Telekom”da baş vermiş tüstülənmənin səbəblərinin araşdırılmasına başlanılıb. Hadisə yerinə Rabitə və Yüksək Texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da gəlib.


"Delta Telekom”dan əldə edilən ilkin məlumata görə, hadisə nəticəsində serverlərin yerləşdiyi Data Mərkəzlərə zərər dəyməyib. Sadəcə, internet xətləri ilə bağlı texniki problemlər yaranıb. Saat  23.30 radələrində Azərbaycanda internetin verilişi tam bərpa olunub.


Ziya Səccad

BAKU.WS