SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda noyabrın 15-dən etibarən yaşayış binalarına və obyektlərə istilik sistemi verilməliydi.

 

BAKU.WS-in məlumatına görə,  şəhərin mərkəzində deyildiyi kimi istilik sistemi işə salınsa da, kənar ərazilərdəki evlərə və yaşayış obyektlərinə hələ də istilik verilməyib.

Biləcəri qəsəbəsindəki yaşayış evlərində xətlərə soyuq su verilsə də, hələlik isti su verilməyib. Məsələni öyrənmək üçün "Azəristiliktəchizat” ASC-lə əlaqə saxladıq. Qurumdan 
BAKU.WS-ə bildirdilər ki, əhaliyə istiliyin verilməsi üçün hər şey hazırdır. Lakin bir problem hələ də həll olunmayıb.


Deyilənlərə görə, "Azəristilik” ötən illərdən "Azəriqaz” ASC-yə borcludur. Borc ödənilmədiyi üçün quruma qaz verilmir. Bu səbəbdən də, əhalinin istilik sistemi bərpa olunmayıb.

Qurumdan bildirdilər ki, hələ də problemin nə vaxt həll olunacağı barədə məlumatsızdırlar: "Bu dövlət səviyyəsində həll olunmalı məsələdir. Bizim tərəfimizdən istilik sistminin verilməsi üçün hər şey hazırdır. Xətlər yoxlanılıb. Təzyiqli su verilib. Lakin hələlik qazın nə vaxt veriləcəyi məlum deyil. Qazı bu gün versələr bu gün də istilik olar”.

Qurum istisna etmir ki, borc ödənilməsə qaz verilməyəcək. Beləliklə də Biləcəri əhalisi və digər ərazilərdə yaşayan insanlar bu qışı istilik olmadan yola verməli olacaqlar.

Ziya Səccad
BAKU.WS