SİZİN REKLAM BURADA!
055 213 76 73



8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Bakı Nəqliyyat Agentliyi maraqlı aksiya keçirib.

BAKU.WS-in məlumatına görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib.

Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.

Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

BAKU.WS