VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı daha 3 namizəd qeydə alınıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

MSK onların hər üçünün namizədliyini qeydə alıb.

BAKU.WS