Ötən gündən başlayaraq kütləvi informasiya vasitələrində Vergilər Nazirliyində dəyişiklik edilməsilə bağlı informasiyalar yayılıb.


BAKU.WS
-in məlumatıan görə, yayılan informasiyalarda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən azad edilib. Prezident bu barədə sərəncamı G20 ("böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb.

Hətta vergilər naziri postuna yeni təyinat olması barədə məlumatlar da yazılıb. Qeyd edilir ki, yeni vergilər naziri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev təyin olunub.

Məsələ ilə əlaqədar Vergilər Nazirliyilə əlaqə saxladıq. Vergilər Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, bu barədə onlarda heç bir informasiya yoxdur: "Bizə belə bir məlumat daxil olmayıb. Fazil Məmmədov hazırda iş başındadır. Vergilər Nazirliyinin fəaliyyəti adı rejimdə davam edir”.

 

Qeyd edək ki, qanuna uyğun olaraq prezidentin sərəncamından sonra vəzifəli şəxs postundan çıxarılır. Hələlik nazirin çıxarılması ilə bağlı rəsmi sərəncamın olmaması da məlumatın dəqiq olmadığına əsas verir. 


Ziya Səccad

BAKU.WS