SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın musiqisi təqdim olunub.

BAKU.WS xəbər verir ki, birinci yarımfinalda çıxış edəcək sənətçinin mahnısının final versiyası isə İngiltərədə hazırlanıb. 8-ci nömrə altında çıxış edəcək Aysel Məmmədova ritmik yox, həzin mahnı ifa edəcək.

Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq. Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq. Müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.

BAKU.WS