VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur, ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub.

BAKU.WS oxu.az-a istinadən bildirir ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar:

"Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz".

Xatırladaq ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

BAKU.WS