SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb.

BAKU.WS-in məlumatına görə, qeydiyyat mektebeqebul.edu.az saytında həyata keçirilir.

Lakin sayta daxil olarkən problem yaranır. Bu barədə redaksiyamıza şikayətlər daxil olub. Bildirilir ki, sayta daxil olmaqda çətinliklər yaranıb.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə bildirildi ki, minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər.

“Fevralın 22-də saat 10:00-dan Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb. Valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və yaxud Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər. Hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər. Uşaqların I sinfə elektron qeydiyyatı prosesinin Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-nə qədər olan müddətdə davam etdiyini nəzərə alaraq, qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur”, - deyə BŞTİ-dən bildirildi.

Səməd
BAKU.WS