055 213 76 73
Prezident İlham Əliyev Arif Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram: Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".
Xatırladaq ki, Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri idi.
BAKU.WS