"Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.
 
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında razılıq əldə edilib.
 
Sözügedən razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində "Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.
 
Qeyd edək ki, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib. 

ŞAHİN Həbibov 
BAKU.WS