SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Antalyada keçiriləcək "G-20” ölkələri liderlərinin sammiti üçün şəhərə ilk olaraq İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud gəlib.
 
BAKU.WS-in məlumatına görə, Səudiyyə kralı Antalya Havalımanına xüsusi təyyarəsiylə eniş edib. Kral Salman günorta saatlarından şəhərə gələn Şahzadə Telal və Səudiyyə rəsmiləri tərəfindən qarşılanıb.

Hava limanında otelə keçmək üçün iki vertolyot hazır vəziyyətə gətirilib. Kral Salman yüzlərlə lüks maşından ibarət olan bir lortejlə Azərbaycanlı milyarder Telman İsmayılovun bir neçə gün öncə satdığı "Mardan Palace Hotel"ə yollanıb. Səudiyyə Ərəbistanı kralının keçidi əsnasında hava limanı ilə otel arasındakı 15 kilometrlik yol üstündə xüsusitəyinatlılar və polis tərəfindən təhlükəsizlik tədbirləri görülüb. 

Təxminən bir həftə əvvəl Kral Salman və Şahzadə Telala aid xüsusi əşyalar təyyarə ilə Antalyaya gətirilmiş və hava limanında da 16 yük maşını ilə qalacaqları otelə götürülmüşdü. Kral Salman və mühafizə heyəti üçün isə zirehli 65 "Mercedes" gətirdilib. Təxminən 1000 nəfərlik Səudiyyə Ərəbistanı heyətinin istifadəsi üçün 65 maşından başqa əlavə 400 lüks avtomobil icarəyə götürülüb. Bu avtomobillər otelin qarajına sığışmadığı üçün otel ətrafındakı yolda parkinq edilib. 

Səudiyyə heyəti üçün gecəsi minimum 800 avrodan başlayan və 15 min avroya qədər yüksələn 546 saray otağı hazırlanıb. Kral ailəsinin üzvləri üçün hazırlanan kral dairəsi və villaların gecəsi isə 9 min avrodan başlayır.
 
Şahin Həbibov
BAKU.WS