SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bundan sonra Bakıda parkomatlara ödənişi təkcə nağd deyil, həm də kartlarla etmək mümkün olacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin BAKU.WS-ə verdiyi məlumata görə. Artıq bu istiqamətdə işlər gedir. Bunun üçün bütün parkomatlara yeni avadanlıqlar qoyulacaq. Həmin avadanlıqlar vasitəsilə xüsusi plastik kartlarla ödəniş etmək mümkün olacaq.

"Bunun üçün xüsusi plastik kartlar təşkil olunacaq. Həmin kartlar vasitəsilə ödənişlər ediləcək. Kartların balansını isə aparatlar, mobil telefonlar və internet vasitəsilə artırmaq mümkün olacaq”, - deyə Həsən Abdullayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, artıq bir çox işlər görülüb. Artıq gələn ilin əvvəllərindən yeni sistem tətbiq olunacaq. Bundan başqa, yeni sistemə əsasən gələcəkdə parkomat ödənişlərini "Bakı Kart” vasitəsilə də ödəmək mümkün olacaq. Lakin hələlik ödənişləri kredit və digər ödəmə kartları ilə ödəmək olmayacaq.

Ziya Səccad

BAKU.WS