VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Mərkəzi Bankın valyuta bazarındakı əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirilib. 2015-ci ilin may ayından etibarən Mərkəzi Bankın valyuta bazarında əməliyyatları alışyönlü olub. Nəticədə aprel ayınının sonlarından etibarən Mərkəzi Bankın xarici valyuta ehtiyatları 132 mln. ABŞ dollarına (1.6%) yaxın artıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş növbəti nömrəsində qeyd edilib.
 
Hesabatda bildirilir ki, son 6 aylıq dövrdə Mərkəzi Bank məzənnə siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Tətbiqinə I rübdə başlanılmış yeni əməliyyat çərçivəsinin kəmiyyət parametrləri (səbətin strukturu, dəyəri və sair) II rübdə optimallaşdırılıb. Tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalıb. 
 
Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının kifayətlilik göstəriciləri beynəlxalq səviyyədə qəbul olunmuş normaları əhəmiyyətli üstələyir. Belə ki, I yarımilliyin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.4 aylıq mal və xidmət idxalına (beynəlxalq normaya görə minimum 3 ay) kifayət edib və xarici dövlət borcunu 1.2 dəfə üstələyib, manatla geniş pul kütləsinin (M2) isə 81.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub.
 
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları Cənubi Qafqaz regionu üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 68%-ni təşkil edir. I yarımillikdə manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Belə ki, nəzərdən keçirilən 15 ölkə üzrə manat Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla bütün partnyor ölkələrin valyutalarına nəzərən ucuzlaşıb. 
 
ŞAHİN Həbibov 
BAKU.WS