SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda ilin sonuna inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir.
 
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.

Rəsmi proqnoza görə 2015-ci ildə orta illik inflyasiya 4.4% təşkil edəcək. Mərkəzi Bank tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır. Belə ki, monitorinqin nəticələrinə görə qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artmış, tikinti sektorunda neytral olmuş, ticarətdə isə azalıb. Sahələr üzrə azalma gözləntiləri poçt, səhiyyə, turizm xidmətləri, avtomobil, daşınmaz əmlak, tikinti materialları qiymətləri üzrə də müşahidə olunmuşdur. 
 
İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir.
 
Şahin Həbibov
BAKU.WS