VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək.

BAKU.WS “Report”-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayaraq seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

BAKU.WS