SİZİN REKLAM BURADA!
055 213 76 73



Sərnişinlə dolu 199 nömrəli avtobus Masazırda ağır qəzaya düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə "Masazırın kruqu" adlanan ərazidə baş verib.

Belə ki, dairəyə daxil olan avtobus "Hyundai" markalı maşına dəyib və daha sonra divara çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Qəza zamanı xəsarət alanların olub olmadığı hələlik məlum deyil. 

Hadisənin görüntüsünü təqdim edirik:

Nazim
BAKU.WS