SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metrosunda səhər saatlarında qatarlararası intervalın çox olmasının səbəbi məlum olub. 

BAKU.WS-in məlumatına görə, buna səbəb 13 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranması olub. Depoya göndərilən qatarın yerinə xətdə qatar buraxılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, məhz bu səbəbdən qatarlararası inyerval artıb: 

"Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq".

Şahin
BAKU.WS