SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonus ödənilib.

ARDNF-dən BAKU.WS-ə verilən məlumata görə, Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış hasilatın pay bölgüsü haqqında yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları Azərbaycan (“ACG”) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS. və Türkiye Petrolleri A.O. şirkətləridir.

Şahin
BAKU.WS