VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskvada azərbaycanlıların da çalışdığı "Sadovod" bazarında yanğın başlayıb.

BAKU.WS-in məlumatına görə, hadisə səhər yerli vaxtla 09:50-də qeydə alınıb. 

Rusiya FHN bazarda yanğının olduğunu təsdiq edib və əraziyə çox sayda yanğınsöndürən maşın göndərilib. Rəsmi məlumata görə, 3 mərtəbəli ticarət mərkəzində baş verən yanğının hansı səbəbdən baş verdiyi məlum olub.

Hadisə zamanı insanları təhlükəsiz əraziyə aparıblar və bazar tam boşaldılıb. Təxminən 150 insan təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. 

Yanğın 250 kvadrat metrlik ərazini əhatə edib. 

Şahin
BAKU.WS