VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
 
Beynəlxalq Educational First (EF) təşkilatı dünya əhalisi arasında xarici dil bilgilərinin səviyyəsini yoxlayıb. 

Educational First təşkilatının Azərbaycan bürosundan BAKU.WS-ə verilən məlumata görə, 70 ölkədə 900 min insan arasında aparılan dil testində maraqlı nəticələr ortaya çıxıb. Dünyanın bir çox ölkəsində dil kursları və məktəbləri olan özəl təhsil təşkilatı EF-in araşdırmasında ən yaxşı nəticəni İsveç əldə edib.
 
Siyahıda İsveçi müvafiq Hollandiya, Danimarka, Norveç və Finlandiya izləyib. Ötən il İsveç bu siyahıda üçüncü sırada yer alırdı. Avropa ölkələrinin ilk sıralarda yer aldığı siyahıda Yaxın Şərq və Şimali Afrika ölkələri ən son sıralarda qərarlaşıb. Araşdırmada çıxan digər maraqlı nəticə isə bütün ölkələrdə qadınların, kişilərə nisbətlə daha yaxşı ingilis dilində danışması olub. 
 
Aparılan dil testindən Azərbaycan heç də yaxşı nəticə əldə edə biləyib. Ölkəmiz dünya üzrə ümumi 70 ölkə arasında 60-cı sırada (46,12 xal) yer alıb. Avropa ölkələri arasında isə ölkəmiz sonuncu, 27-ci pillədə qərarlaşıb. Qardaş ölkə Türkiyədə də göstəricilər heç ürək açan deyil. Qonşu ölkədə ingilis dili bilənlərin sayı bizdəkindən elə də fərqlənmir. Türkiyə ümumi siyahıda 50-ci, Avropa ölkələri arasında isə 26-cı pillədə yer alıb.  
 
Mütəxəssislər illik dil təhsilindən sonra hələ də xarici dildə danışa bilməməyin səbəblərini açıqlayıb. Təhsilə gec başlanması, peşəkar xarici dil tədris edən müəllimlərin az olması, praktikanın olmaması, tədris zamanı qrammatikaya üstünlük verilməsi dil bacarıqlarına yiyələnməyə mane olan səbəblərdən yalnız bir neçəsidir. 
 
Şahin Həbibov
BAKU.WS