VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

 

BAKU.WS-in məlumatına görə,BDYPİ-nin Siqnal idarəsi tərəfindən, Əhmədli m/s-nın yaxınlığında, Məhəmməd Hadi küçəsində əlavə yola dönmək istəyən avtomobillərin hərəkəti üçün daimi sağa dönmə əmri tətbiq olunub. Ancaq işıqfora bu əmri göstərən (sağa dönməni) əlavə bölmə qoyulmadığından, bu da sürücülərin çaşqınlığına səbəb olur.

 

 

Qeyd edək ki, artıq 1 ildən çoxdur ki, M.Hadi küçəsində sağdakı yola dönmək üçün daimi sağa dönmə əmri tətbiq edilsə də, hələ də sürücülər yanlışlıqla qarşıdakı avtobus yolunun işıqforuna görə qırmızı işıqda dayanıb gözləyir və sıxlığın yaranmasına səbəb olurlar.

        

Ziya Səccad

BAKU.WS