VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

"Azneft" meydanı tərəfdə yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alanlar barədə məlumat hələ yoxdur.

Yanğının hansı səbəbdən başlaması məlum deyil.

BAKU.WS