SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş növbəti nömrəsi yayımlanıb.
 
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, icmalda qlobal iqtisadi meyillərin və Azərbaycanda makroiqtisadi proseslərin təhlili, habelə pul və məzənnə siyasətinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, mürəkkəb qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirib.
 
Hesabat dövründə pul siyasəti üzrə başlıca hədəflərə çatma vəziyyəti qənaətbəxş olub, inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Məzənnə siyasəti üzrə tədiyə balansında yaranmış yeni meyilləri nəzərə alan və iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsinə xidmət edən qərarlar qəbul olunub.  
 
Hesabat dövründə də ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.
 
ŞAHİN Həbibov
BAKU.WS