SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtdan Bakıya gələn yeni elektrik qatarının hərəkətində fasilə yaranıb.

BAKU.WS
-in məlumatına görə, qatar yolda dayanıb. Hadisə şahidləri bildiriblər ki, səhər saatlarıdna gələn elektrik qatarı təxminən 15-20 dəqiqə yolda qalıb.

Deyilənləri dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BAKU.WS-ə bildirdi ki, həqiqətən də, bu gün səhər saatlarında Bakı-Sumqayıt qatarının hərəkətində fasilə yaranıb.
"Bu gün səhər saat 08:45-də Sumqayıtdan-Bakıya gedən qatarın hərəkətində 10 dəqiqəlik fasilə yaranmışdı. Qatarda elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.

Ziya Səccad
BAKU.WS