VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda yanvar ayının 1-dən sonra qaz sayğacına pul yükləyən əksər sakinlərin qaz sərfiyyatı 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.

Bu barədə BAKU.WS-in redaksiyasına çox sayda şikayətlər daxil olub, Facebook səhifəsində qeydlər edilib.

Şikayətçilərin sözlərinə görə, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başlayıb.

Şəki, Mingəçevir, Xaçmaz, Lənkəran, Cəlilabad rayonlarında yaşayan sakinlər bildirirlər ki, “Azəriqaz” əməkdaşı sayğacı yoxladıqdan sonra qəbzin üzərində bir həftə əvvəlin tarixi qeyd olunur.

Bundan başqa. abonentlər şikayət edir ki, yanvarın ilk günlərində sayğaca 20, 30, 50 manat yükləsələr də sayğacda 10, 15, 25 manat göstərilir, yəni ödəniş 20 qəpikdən hesablanır.


Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev BAKU.WS-ə açıqlamasında abonentlərin şikayətlərinə aydınlıq gətirdi.

O bildirdi ki, abonentləri çaşdıran məqam bundan ibarətdir ki, onlar pulun sayğaca yüklədiyi gündən hesablandığını düşünürlər.

“Qaz sayğaclarının göstəricisi ilə bağlı hər hansı problem ola bilməz. Sayğacın üzərindəki göstərici və sərf olunan qazın dəyəri ölçülür. Bu sayğacın göstəricisində öz əksini tapır. İstehlakçıların özləri də sayğaca nəzarət edə bilirlər. Məsələ burasındadır ki, limiti keçən abonentlər yanvarın 1-dən əvvəl, məsələn dekabrın 20-də karta pul yükləyibsə, bu, həmin gün uçota alınır. Yəni dekabrın 20-də karta yüklədiyi məbləği yanvarın 1-dən sonra sayğaca yükləyirsə, 20 qəpikdən hesablanacaq. Yanvarın 1-dən sonra karta nə qədər pul yüklənibsə, sayğacda o qədər də göstəriləcək. Ödəniş sayğaca yükləndiyi gündən deyil, karta yükləndiyi gündən hesablanır”, - deyə İbrahim Kəlbəliyev bildirdi.

"Azəriqaz" rəsmisi qurum əməkdaşlarının yanvarın əvvəllərində sayğacların yoxlanılması prosesini aparmasını isə bayram günləri ilə əlqaələndirdi.

BAKU.WS