SİZİN REKLAM BURADA!
055 213 76 73


5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 14 il ötür!

Həmişə olduğu kimi əsas məqsədimiz oxucularımıza dünyadan və ən əsası isə Azərbaycandan ən maraqlı məlumatları çatdırmaqdır.

BAKU.WS portalının komandası zamanla ayaqlaşmağa və sizin informasiya ehtiyacınızı ödəmək mümkün olan hər şeyi etməyə davam edəcək.

Layihənin Azərbaycan versiyası 3 ildir ki, müvəffəqiyyətli şəkildə fəaliyyət göstərir. Bununla da bizim oxucularımız ana dilində operativ məlumatlar oxumaq imkanı əldə etdilər.

BAKU.WS layihəsinin ziyarətçilərinin ümumi sayında Azərbaycandan olan istifadəçilər 70 faizdir. Bu fakt Azərbaycan oxucularının ehtiyaclarını qiymətləndirməyə və bizim ölkəmizin vətəndaşları üçün maraqlı və informativ materialları yerləşdirməyə imkan verir.

BAKU.WS-in oxucularının daha rahat xəbərləri izləyə bilməsi üçün biz sosial şəbəkələrdə öz rəsmi səhifəmizi yaratdıq. IOS sistemində çalışan mobil telefonların istifadəçiləri üçün isə pulsuz mobil əlavə (proqram) hazırlandı. Şəxsi videopleyer isə daha interaktiv formatda və yüksək keyfiyyətdə aktual xəbərlərin nümayişinin imkanını artırdı.

Bütün bu vaxt ərzində bizimlə qaldığınız üçün sizə təşəkkür edirik!

Hörmətlə, BAKU.WS komandası!