SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun dostları və qohumları Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

BAKU.WS-in məlumatına görə, itkin düşən alpinistlərin yaxınlarının video müraciəti sosial şəbəkələrdə yayılıb.

Onlar alpinistlərin axtarışlarını aparan FHN-ə və digər aidiyyatı qurumlara müraciət edərək bildirirlər ki, nə olursa olsun axtarışlar davam etməlidir.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və bir müddət keçəndən sonra onlarla əlaqə kəsilib.

Bir həftədən çoxdur ki, axtarışlar davam etsə də hələlik heç bir nəticə əldə olunmayıb.

BAKU.WS